İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah “Romqaz” və SOCAR yeni sazişə imza atacaqlar

663 02.02.2023 21:16 İqtisadiyyat A A

"Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Sabah hər iki ölkənin dövlət neft şirkəti “Romqaz” və SOCAR yeni sazişə imza atacaqlar".

Musavat.com xəbər verir ki, bu sözləri Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında söyləyib.

"Həmin sazişə əsasən, 2023-2024-cü illərdə bizim ölkəyə əlavə qaz nəql ediləcək. Həm Cənub Qaz Dəhlizi və həm də gələcək yaşıl enerji ilə bağlı Qara dənizin altı ilə inşa ediləcək layihə Azərbaycanın bərpaolunan enerji mənbələrini Avropaya gətirəcək. Hər iki layihə Avropa İttifaqının rəhbərliyi tərəfindən ciddi şəkildə dəstəklənir. Bu məsələləri biz cənab Prezident Əliyevlə müzakirə etdik", - K.Yohannis deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR