İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail prezidentinin helikopteri quşlarla toqquşdu — Havada təhlükəli anlar

629 25.06.2026 23:06 Dünya A A

İsrail prezidenti İsxak Hersoqu daşıyan helikopter rəsmi dövlət tədbirindən qayıdarkən məcburi eniş edib.

Musavat.com xəbər verir ki, dövlət başçısı "Sarsılmaz qaya" əməliyyatında həlak olanların xatirə mərasimindən dönərkən bu hadisə baş verib.

İsrail ordusunun (SAXAL) bəyanatında bildirilir ki, insidentə helikopterin quşlarla toqquşması səbəb olub. Helikopter dərhal hərbi bazaya endirilib və helikopter yoxlanış üçün Hərbi Hava Qüvvələrinin texniki xidmətinə təhvil verilib.

Rəsmi məlumata görə, hadisə zamanı xəsarət alan və ya ciddi zədələnmə qeydə alınmayıb. Standart prosedura uyğun olaraq, prezident və heyət başqa bir helikopterə keçərək yola davam ediblər. İsxak Hersoq həlak olmuş hərbi qulluqçunun ailəsini ziyarət etmək missiyasını plan üzrə həyata keçirib. Hadisənin təfərrüatları araşdırılır.

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR