İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentinin yeni sədri o olacaq

1104 25.06.2026 20:02 Dünya A A

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri vəzifəsinə namizəd kimi seçilib.

Musavat.com Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 25-də “Mülki müqavilə” partiyasının idarə heyətinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Müzakirələr və qapalı, gizli səsvermə nəticəsində Ruben Rubinyan Milli Assambleyanın spikeri vəzifəsinə namizəd kimi seçilib”, - Paşinyan bildirib.

Qeyd edək ki, namizədlər Alen Simonyan, Hayk Konjoryan və Ruben Rubinyan olub.

Alen Simonyanın Ermənistan prezidenti postuna namizəd olacağı barədə məlumatlar yayılıb. Vaaqn Xaçaturyanın səhhəti ilə bağlı postunu təhvil verəcəyi və baş müşavir kimi Paşinyanla birgə çalışacağı iddia olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR