İnsanlara hürriyət, millətlərə istiqlal!

“Təzə gül kələmi” yükündən 90 kq narkotik çıxdı

679 25.06.2026 20:46 Hadisə A A

Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri nəticəsində iri həcmdə narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Komitənin məlumatına görə, "Astara" gömrük postunda İrandan Rusiyaya tranzit qaydada "təzə gül kələmi" daşıyan yük avtomobili yoxlamadan keçirilib. Nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və xidməti itlərin iştirakı ilə ətraflı müayinəyə cəlb olunub.

Yoxlama zamanı yükün içərisindəki paletlərdən birində yerləşən 160 bağlamada gizlədilmiş narkotik maddə aşkarlanıb. Görünüşcə gül kələminə bənzədilən bağlamalarda ümumi xalis çəkisi 90 kiloqram 945 qram olan qurudulmuş marixuana müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR