İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron: ABŞ Ukrayna məsələsində artıq neytral vasitəçi deyil

588 25.06.2026 23:00 Dünya A A

ABŞ ilk dəfə olaraq Ukrayna ilə bağlı müttəfiqlərinin mövqeyini dəstəkləyən sənədə qoşulub. Bunu Fransa prezidenti Emmanuel Makron açıqlayıb.

Musavat.com xəbər verir ki, Makronun sözlərinə görə, sənəddə Vaşinqtonun artıq neytral vasitəçi olmadığı, Ukraynanın ərazi bütövlüyünü, Kiyevə hərbi yardımı, enerji sahəsində dəstəyi və Rusiyaya qarşı sanksiyaları dəstəklədiyi vurğulanır.

“Ukrayna məsələsinə gəlincə, ABŞ ilk dəfə olaraq artıq neytral vasitəçi deyil, bizim tərəfdə olduğunu bəyan edən mətni dəstəklədi. Sənəddə Ukraynanın ərazi bütövlüyünə, hərbi yardıma, enerji sahəsində əməkdaşlığa və Rusiyaya qarşı sanksiyalara dəstək ifadə olunur”, - Makron bildirib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR