İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah eks-deputatın oğlu məhkəmə qarşısına çıxarılacaq

740 16.07.2024 12:38 Kriminal A A

Sabah, iyulun 17-də Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyi ilə eks-deputat Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmova qarşı iddiaya baxılacaq.

Musavat.com-un xəbərinə görə, Fərid Mirələmov Şüvəlandakı bağ evində su pulunu ödəmədiyi üçün məhkəməyə verilib.

İddiaçı “Azərsu”ASC-dir. Məsələ ilə bağlı ASC-nin yaydığı məlumatda qeyd olunur ki, Fərid Mirələmovun həmin ünvan üzrə mənzilə verilən içməli suya görə borcu yaranıb:

“Ona qanunauyğun şəkildə xəbərdarlıq olunsa da, borcu ödəməyib. Abonent Nəsimi rayonunda qeydiyyatda olduğuna görə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” iddiaçı qismində bu rayonun məhkəməsinə müraciət ünvanlayıb”.

Musavat.com-a daxil olan məlumatda qeyd olunur ki, Şüvəlandakı bağ evi əslində Hüseynbala Mirələmovundur. Həmin bağ evi Hüseynbala Mirələmov Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini olduğu illərdə tikilib. Sonradan deputat olduğu dönəmlərdə bağ ərazisindəki villa sökülərək yeni üslubda tikilib. Fərid Mirələmova məxsus bağ evi isə Dübəndi qəsəbəsi ərazisində, Dübəndi bağlarında yerləşir. Fərid Mirələmov Dübəndidə deyil, vaxtilə atasının Şüvəlanda inşa etdirdiyi bağ evində yaşayır. Hüseynbala Mirələmovun Bakıda xeyli sayda ticarət obyektləri, biznes mərkəzləri, Şıx qəsəbəsində “Min bir gecə” istirahət mərkəzi var. Belə bir halda Mirələmovların əhalinin imkansız təbəqəsi kimi işlətdikləri suyun pulunu ödəməmələri anlaşılmır. Eyni zamanda Mirələmovların “Azərsu” ASC-nin “qara siyahısı”na düşdükləri şübhəsizdir. Adətən bu siyahıya ayı 200-300 manatla birtəhər başa vuranlar, bir də ödəmə qabiliyyəti olub vəzifəsinə güvənənlər düşür.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR