İnsanlara hürriyət, millətlərə istiqlal!

Saatlı sakinindən odlu silah götürülüb

353 28.07.2022 14:30 Kriminal A A

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Rəşad Quliyev qanunsuz olaraq silah saxladığı müəyyən edilib. Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətində yerləşən mebel sexindən bir ədəd “TOZ 8” markalı yivli silah və bir ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də istintaq tədbirləri davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR