İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvilinin ŞOK GÖRÜNTÜLƏRİ - Dünya liderləri görün NƏLƏR DEDİ

2406 05.07.2023 14:55 Gündəm A A

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili məhkəməyə videobağlantı vasitəsilə qoşularaq, görünüşü ilə hər kəsi şoka salıb.

Musavat.com xəbər verir ki, keçmiş siyasətçi prosesə "Vivamedi" klinikasından qoşulub və arıqlamaqda davam etdiyini göstərib.

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze də Saakaşvili barədə açıqlamalar verib. 

We will follow principle of justice: Irakli Kobakhidze - Report.ge

İrakli Kobaxidze

“Onun ailəsinin etməli olduğu tək şey kalori hesablamaqdır. Süni şəkildə çəki itirmək doğru deyil. Onlar 600 gün boyunca bizə bu adamın öldüyünü deyirdilər. Strasburq məhkəməsi öz qərarını açıqladıqdan sonra görünür o artıq ölmür, lakin siyasətə qayıdır”, - deyə Kobaxidze vurğulayıb.

Məlumat üçün bildirək ki, iyunun 16-da Saakaşvili feysbukda bildirib ki, özünü pis hiss etməsinə baxmayaraq, gürcü siyasətində çox aktiv iştiraka qayıtmaq niyyətindədir.

fdfdf.JPG (39 KB)

Vladimir Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski də Ukrayna pasportuna malik Gürcüstanın keçmiş baş naziri Mixail Saakaşvilinin həbsxanada səhhətinin vəziyyətini narahatedici hesab edib. Zelenski Gürcüstanın Kiyevdəki səfirinə ölkəsinə qayıtması üçün 48 saat vaxt verib. Prezidentliyin rəsmi Telegram hesabında edilən açıqlamada Zelenskinin Xarici İşlər Nazirliyinə bu istiqamətdə tapşırıqlar verdiyi bildirilib.

58a779a1-f804-3884-8bca-507778be.jpg (60 KB)

Gürcüstanın Ukraynadakı səfiri Giorgi Zakaraşvili

Zelenski Kiyevin Saakaşvilinin müalicə üçün Ukraynaya köçürülməsinə çağırış etdiyini, lakin müsbət cavab almadığını bildirib. Ona görə də o vurğulayıb ki, indi Gürcüstan səfirindən məsələ ilə bağlı məsləhətləşmələr aparmaq üçün ölkəni tərk etməsi tələb olunacaq.

2015-ci ildə Ukrayna pasportu aldığı üçün Gürcüstan vətəndaşlığından məhrum edilən Saakaşvili 2021-ci ilin oktyabrında gizli şəkildə Gürcüstana daxil olduqdan sonra saxlanılıb. Bu, yerli seçkilərin yaxınlaşdığı bir vaxtda Saakaşvili ölkəyə qayıtdıqdan sonra baş verib. Gürcüstanda Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadə, keçmiş deputatı döymə, dövlət vəsaitini mənimsəmə və sərhədi qanunsuz keçmə kimi bir çox ittihamlarla mühakimə olunub.

490ea17f-1476-3ebb-8e8f-c844f145.jpg (88 KB)

Maya Sandu

Moldova prezidenti də Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili ətrafında yaranmış vəziyyətdən narahat olduğunu açıqlayıb. Bu barədə Moldova Prezidenti Maya Sandu tviter səhifəsində yazıb.

“Saakaşvilinin həbsdə olduğu müddətdə səhhətinin ciddi şəkildə pisləşdiyini göstərən məhkəmədəki narahatedici görüntüləri bizi üzür. Mən Gürcüstan hakimiyyətini onun sağlamlığına diqqət yetirməyə və ona təcili olaraq xaricdə tibbi müalicə imkanı təmin etməyə çağırıram”,-deyə Maya Sandu bildirib.

Capture.JPG (44 KB)

55 yaşlı Saakaşvili bir neçə dəfə aclıq aksiyası keçirib və vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Fevralda Tbilisi məhkəməsi Saakaşvilinin səhhətinə görə azadlığa buraxılması tələbini, mayda isə Avropa İnsan Haqları Məhkəməsi onun xarici klinikada müalicə olunmaq üçün şərti cəza tələbini rədd edib.

Mixail Saakaşvili

Qeyd edək ki, Tbilisi şəhər Məhkəməsində Saakaşvilinin Gürcüstan prezidenti olduğu 2007-ci ilin noyabrında etiraz aksiyasının dağıdılması ilə bağlı işi üzrə məhkəmə prosesi keçirilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR