İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rza Pəhləvinin İran millətləri içərisində nüfuzu yoxdur” - Çingiz Göytürk

529 19.04.2023 16:56 Siyasət A A

“8 ay öncə başlayan və ardı-arası kəsilməyən etirazların səngiməsinin İran İslam Cümhuriyyəti rejiminin dərin nəfəs alması ilə nəticələndiyinin bir neçə ay öncə hamı şahidi oldu. İranda xüsusilə qeyri-fars millətlərinin, o cümlədən də farsların teokratik molla rejimindən xilas olub despot monarx Pəhləvi rejiminə qayıtmaq kimi bir niyyəti yoxdur”.

Bu fikirləri Musavat.com-a güneyli fəal, siyasi şərhçi Çingiz Göytürk bildirib.

O qeyd edib ki, Rza Pəhləvi təkcə siyasət sahəsində deyil, başqa sahələr üzrə də bir neçə tanınmış şəxsin təşəbbüsü ilə platforma yaratmağa çalışdı: “Bu platforma Məhsa bəyannaməsi hazırladı, lakin bu platformanın ömrü bir neçə ay çəkdi. Sonunda Rza Pəhləvi özü də platformadan ayrılmaq məcburiyyətində qaldı. Bir sözlə, Rza Pəhləvinin İran millətləri içərisində nüfuzu yoxdur. Belə olduğu halda bir sıra dairələrin Pəhləvini siyasi səhnədə tutmağa israrı şar şişirtməsinə bənzəyir. Bununla da molla rejiminin dəyirmanına istəmədən su tökmüş olurlar”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR