İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusları dünyanın hər yerində öldürəcəyik” demişdi, ruslar onu “basdırdı”

2576 10.06.2023 11:57 Gündəm A A

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov  yoxa çıxması haqda çoxsaylı versiyalar var

“Tam qələbəyə qədər dünyanın istənilən yerində rusları öldürürük və öldürəcəyik” deyən Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov  yoxa çıxıb.  

Musavat.com xəbər verir ki, Rusiya mediası bununla bağlı bir neçə versiya yazıb. Belə ki, mayın 30-na keçən gecə Kiyev yaxınlığındakı Rıbalski adasında Baş Kəşfiyyat İdarəsinin rəhbərinin qərargahına raket zərbəsi endirilib. “NATO zabitlərindən başqa Budanov da orada ola bilərdi. Onun ölümü ilə bağlı versiya dərhal bəzi Ukrayna KİV-ləri tərəfindən yayıldı, Baş Kəşfiyyat İdarəsinin rəhbərinin dəfn mərasiminə hazırlıq elan edildi, lakin sonra rəsmi təkzib gəldi” deyə, iddialarda bildirilir.  Kiyev Ukrayna kəşfiyyatının rəhbərinin raket hücumu nəticəsində həlak olması və guya “Ukrayna Evi” milli mərkəzində onun dəfn mərasiminə hazırlaşması barədə məlumatları saxta adlandırıb.

2d4449c88b977232dcb7fb7465084376.jpeg (107 KB)

Budanovun özü isə indiyədək heç yerdə görünməyib. Bu Kaxovski SES-in partladılması fonunda müəmmaları artırıb.  Ukrayna rəhbərliyinin son bir neçə görüşündən foto və videolarda da Budanov yoxdur. Milli Təhlükəsizlik və Müdafiə Şurasının SES-də partlayışdan sonra keçirilən iclasında da baş kəşfiyyatçını müavini Vadim Skibitski əvəzləyib.  

Daha bir iddia generalın "yoxa çıxmasından" əvvəl ofisində dərc edilmiş fotoda görünən maddə ilə bağlıdır.  

Bildirilir ki,  Budanovu bu maddə ilə zəhərləyə bilərdilər. “Turned in War” Telegram kanalının məlumatına görə, bu cür zəhərlənmə zamanı insanı tam iflic vəziyyətinə salan titrəmə baş verir. Bu cür maddələr mərkəzi sinir sisteminə təsir edərək, qıcolmalara, tarazlığın itirilməsinə, şüurun pozulmasına və komaya səbəb ola bilər. Maddə bədənə təkcə mədə və ya tənəffüs yolu ilə deyil, həm də dəri vasitəsilə daxil ola bilər.

Başqa bir təsdiqlənməmiş versiyaya görə, SES-in partladılmasından bir gün əvvəl Budanov Xersonda olub.  

773022_Ofitsialyniy_sayt_prezidenta_Ukraini_stock_Moskva_stock_Budanov_Kirill_250x0_1620.1080.0.0.jpg (828 KB)

O da bildirilir ki,  Budanovun Kiyevdə də çoxlu bədxahları var. Məsələn, Ukraynada hesab edirlər ki,  Budanov hərbiyə ayrılmış pulların mənimsənilməsində iştirak edənləri himayə edir. Məsələn, rüşvətxorluqda təqsirləndirilən Kiyev Şəhər Şurasının deputatı Vladislav Trubitsına istintaqdan onun köməkliyi ilə yayınıb. Deputat əlində Budanovun məktubu əsasında hazırlanan Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbərinin icazəsi olub və Polşa sərhədini keçib.

Rusiyalı hərbi ekspertlərə görə isə Budanov Vaşinqton üçün də uyğun kadr deyil, onun xüsusilə rusları dünyanın hər yerində öldürəcəkləri ilə bağlı açıqlaması ABŞ-da ciddi rezonans doğurmuşdu, Ağ Evə “terror çağırışı dəstəkləyənlə birgə fəaliyyət göstərmək” ittihamları səslənmişdi.   

Budanov birmənalı qarşılanmayan açıqlamaları ilə gündəmə gəlməyi  xoşlayır. Məsələn, o açıqlamalarının birində deyib ki, Rusiya Prezidenti Vladimir Putinin ən yaxın ətrafında  Ukrayna Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edənlər də var. “Sayını açıqlamayacağam. Amma Rusiyada durum faktiki olaraq hər gün pisləşir. Ona görə də bizimlə əməkdaşlıq etmək istəyən insanları tapmaq hər gün asanlaşır” deyə, o qeyd etmişdi.  

Orxan ƏLİYEV, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR