İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Fərrux kəndinə niyə kameralar yerləşdirir? – İlham İsmayılla “Canlı debat”

2435 11.04.2022 12:00 Gündəm A A

Xocalının Fərrux kəndində aprelin 7-də rusiyalı sülhməramlılar tərəfindən təxribata yol verilib. Bu barədə “Caliber”in “Youtube” kanalında yayımlanan növbəti materialda qeyd olunub.

Qeyd olunub ki, hazırda Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingent Fərrux kəndində həmçinin müşahidə kameraları yerləşdirməyə cəhd göstərir.

Videoda həmçinin Ağdərə istiqamətində baş vermiş növbəti erməni təxribatından da bəhs edilib.

Azərbaycan Ordusu Ağdərə yüksəklikləri istiqamətində irəliləyib. Bu haqda Caliber saytı məlumat yayıb. Ordumuz bundan təxminən iki həftə öncə Fərrux kəndi və eyniadlı yüksəkliyi erməni silahlı quldurlarından azad etmişdi. Azərbaycanın masada və sahədə üstünlüyü, qələbələri böyük sülhü və böyük, həlledici qələbəni yaxınlaşdırır. Ermənistan hakimiyyəti Azərbaycan tərəfin sülh şərtlərini qəbul edib, problemi yoluna qoymağa hazır kimi görünür. Paşinyana daxildə revanşistlər təzyiq göstərir. Amma bu təxribatlar başlanmış nəhəng prosesin qarşısını kəsə bilməyəcək. Bir qədər ləngidə bilər, amma dayandırması mümkün deyil. Bir məqam da var ki, son 1 ildə Ağdərə istiqamətində erməni quldurların 15-dən çox postu ləğv edilib. Ordumuz orda istehkam qurmaq istəyən, səngər qazan, bunker tikən quldurları buna peşman edib. Ermənistan Fərruxda əldən verdikləri mövqelərlə bağlı səs-küy qaldırırlar. Bütün bunların fonunda isə Azərbaycan Silahlı Qüvvələri Ağdərə istiqamətində mövqelərini möhkəmləndirməklə məşğuldur.

Azərbaycan tərəf geniş miqyaslı antiterror əməliyyatlarını da istisna etmir heç vaxt. Hətta bu istiqamətdə ciddi hazırlıqlar da görülür, müşahidələrə görə.

Xatırladaq ki, martın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.

Aprelin 7-də Zakir Həsənov Kəlbəcərdə olub. Təlim mərkəzində nazir görüş keçirib. Bu addım, bu səfər olduqca əhəmiyyətli idi. Ümumiləşdirib belə demək olar: Azərbaycan siyasi rəhbərliyi, prezident İlham Əliyev işğaldan azad edilən torpaqların qorunması və işğalda qalan ərazilərin geri qaytarılması üçün genişmiqyaslı prosesləri davam etdirir. Yaxın günlərdə hansı gözəl xəbərləri eşidə bilərik?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün təhlükəsizlik eksperti İlham İsmayılla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR