İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya hansı ölkələrin raketləri zərbə vuracaq-Artıq hamının razılığı alınıb

916 03.06.2024 15:26 Dünya A A

Artıq 12 NATO ölkəsi Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib. Onların arasında Fransa, Böyük Britaniya və ABŞ kimi iri silah  tədarükçüləri də var.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,  Birləşmiş Ştatlar müttəfiqlərinin ardınca Ukrayna Silahlı Qüvvələrinə Rusiya Federasiyası ərazisində uzaq məsafələri vurmağa qadir silahlardan istifadə etməyə icazə verib. Lakin icazə ən güclü və uzaq mənzilli silahlara - ATACMS ballistik raketlərinə şamil edilmir. Onlar yalnız Xarkov ərazisində uça bilərlər.

Ukrayna Silahlı Qüvvələri standart HIMARS arsenalına daxil olan, 160 km-ə qədər uçuş məsafəsinə malik GMLRS raketlərindən istifadə edə biləcək. Hərbi analitik Yan Matveyevin fikrincə, bu raketlərin təsir zonasına silah, yanacaq, əsgərlərin və texnikanın Belqorod vilayətində cəmləşdiyi anbarlar daxil olacaq. Rusiyalı ekspertin rəyinə görə, HİMARS-ların Rusiya ərazisinə zərbə vurması ruslar üçün cəbhədə irəliləməni çətinləşdirəcək.

Fransa Kursk və Belqorod vilayətlərində yerləşən aerodromlara SCALP-EG raketləri ilə hücumlara icazə verib. Emmanuel Makron Xarkov vilayətinə hücum üçün istifadə edilən hədəflərə zərbələr endirilməsinə qarşı çıxmadığını bildirib.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Ukraynanın Rusiya Federasiyasındakı hədəflərə qarşı Britaniya silahlarından istifadə etmək hüququna malik olduğunu deyən ilk Qərb siyasətçisi olub. Bunun üçün artıq cəbhədə “Storm Shadow” raketlərindən (müxtəlif modifikasiyalarda uçuş məsafəsi 250-550 km-dir) istifadə olunub.

Hollandiya F-16-lardan istifadə edərək Rusiya ərazisinə hücumlara etiraz etmir. Amsterdam bu il Kiyevə 24 qırıcını göndərməyi planlaşdırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR