İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Xarkov bölgəsinə hücumu zamanı üç nəfər həlak olub

519 13.11.2025 22:47 Dünya A A

Rusiyanın Ukraynanın Xarkov vilayətinə növbəti hücumu zamanı döyüş zonasından digər sakinlərlə birlikdə təxliyə olunmağa çalışan üç nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının "Telegram" kanalında bildirilib.

"Dron zərbəsi Xarkov vilayətinin Zaqrızovo və Boquslavka yaşayış məntəqələri arasında motoblokda hərəkət edən mülki şəxslərə dəyib. Nəticədə üç mülki şəxs həyatını itirib", – məlumatda qeyd olunur.

Bildirilib ki, zərbə endirilən ərazidə hərbi hədəflər və ya ikiqat təyinatlı infrastruktur olmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR