İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Neva çayında üzən restoran batır - VİDEO

842 27.03.2023 15:27 Hadisə A A

Rusiyanın Sankt-Peterburq şəhərində Neva çayında “Gümüş balina” restoranı batmağa başlayıb.

Bu barədə Sankt-Peterburqun Nevski rayon administrasiyasının mətbuat xidməti xəbər verib.

Ehtimal olunur ki, hadisəyə səbəb gəminin gövdəsində sızma olub.

İlkin məlumatlara görə, zərərçəkən yoxdur, hadisə yerində təcili xidmətlər işləyir.

Regional Prokurorluqda üzən “Gümüş balina” obyekti ilə bağlı fakt üzrə “su nəqliyyatının istismarı zamanı təhlükəsizlik standartlarının yerinə yetirilməsi”nə dair yoxlama təşkil edilib. Mənbələrə görə, restoran təyinatı üzrə işləməyib.

 

Mənbə: TASS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR