İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın ən böyük limanından neft ixracı dayandırıldı

1227 15.01.2024 23:07 Dünya A A

Yanvarın 14-dən Rusiya Novorossiysk limanından neft nəqlini dayandırıb.

Bu gün isə Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) də şəhərdəki terminalı vasitəsilə daşımaları dayandırdığını elan edib. “Reuters”in mənbələrə istinadən yaydığı məlumata görə, səbəb əlverişsiz hava şəraitidir: Novorossiysk limanı güclü tufan zamanı yükləmə üçün yararsız hala gəlir.

Hidrometeorologiya Mərkəzinin məlumatına görə, yanvarın 15-nə keçən gecə Novorossiysk sahillərində dalğaların hündürlüyü üç metrə çatıb. Yanvarın 16-dan dalğanın hündürlüyü dörd metrə qədər artacaq. Belı hava limandan neft daşınmalarına əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər. Belə ki, ötən ilin noyabrında 12 gün ərzində Novorossiyskdən neft göndərmək mümkün olmayıb.

Qeyd edək ki, yanvarın ilk həftəsində Rusiya neftinin dəniz yolu ilə gündəlik tədarükü 500 min barel azalaraq 3,28 milyon barel təşkil edib. Bu rəqəm 2023-cü ilin may-iyun aylarında dəniz neft ixracının orta səviyyəsindən 300 min barel aşağıdır ki, bu da Rusiyanın OPEC+ sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam uyğundur.

2023-cü ilin yekununda Rusiyanın Ural markalı neftinin orta qiyməti bir barel üçün 62,99 dollar təşkil edib ki, bu da bir il əvvəlkindən 13,1 dollar azdır. Ayrılıqda dekabrda bir barel üçün 64,23 dollar olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR