İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Avropa Şurasındakı üzvlüyü dayandırılıb

269 16.03.2022 17:42 Region A A

Rusiyanın Avropa Şurasındakı üzvlüyü bu gündən etibarən rəsmi olaraq dayandırılıb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, ölkənin üçrəngli bayrağı Avropa Şurasının bayraqlar xiyabanından çıxarılıb.

Qeyd edək ki, Rusiya 26 il təşkilatın üzvü olub. Ukrayna ilə müharibə başlayandan sonra Rusiya Avropa Şurasından və Avropa İnsan Haqları Konvensiyasından çıxdığını bəyan edib. Buna baxmayaraq, rəsmi Moskva AİHM-in qərarlarına Konstitusiyaya zidd olmadığı təqdirdə əməl edəcəyini vəd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR