İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın 1 illik müdafiə xərci ilə bağlı ŞOK rəqəmlər

1171 04.08.2023 17:00 Region A A

Rusiya 2023-cü il üçün məqsədli müdafiə xərclərini ikiqat artırmalı olub.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Reuters" əldə etdiyi hökumət sənədi əsasında yayıb.

Məlumatdan aydın olur ki, bu xərclər dövlət xərclərinin üçdə birinə - 100 milyard dollara qədər artırılıb.

Sənədə əsasən, bu ilin birinci yarısında Rusiya məqsədli müdafiəyə bütövlükdə 2023-cü ildə planlaşdırılan 4,98 trilyon rubldan (54 milyard dollar) 12 faiz və ya 600 milyard rubl çox - 5,59 trilyon rubl xərcləyib. Bu, 14,97 trilyon rubl təşkil edən ümumi büdcə xərclərinin 37,3 faizinə bərabərdir.

Qeyd edək ki, Rusiya ötən ildən bəri büdcə xərclərinin müdafiə və digər bir neçə xərc bölməsinə dair məlumatların açıqlanmasını dayandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR