İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanı qoruyan faktor indi onu intihara aparır: "Vaqner" isə hakimiyyət savaşından çıxarıldı

3344 24.08.2023 16:27 Gündəm A A

Rusiyanın siyasi və hərbi dairələrində bir-birinə qarşı kəskin rəqabət aparan bir neçə qruplaşma Putin hakimiyyətinin sona çatmaq üzrə olduğu qənaətinə gəlib... Bu səbəbdən də, indi onların əsas hədəfi prezident Vladimir Putinin hansı qruplaşmanın təmsilçisi ilə əvəzlənəcəyinin müəyyən edilməsindən ibarətdir...

Rusiya süquta uğrama təhlükəsi ilə üzləşib. İndi bu nəhəng ölkə daha güclü şəkildə silkələnir, müvazinətini itirir. Hərbi-siyasi və maliyyə-iqtisadi tarazlıq tədricən pozulmaqda davam edir. Və bu səbəbdən də, Rusiyanın tarixi təməl faktoru indi bu ölkənin ən real probleminə çevrilməyə başlayıb.

Məsələ ondadır ki, Rusiya tarixən imperialist dövlət olub. Bu faktor həmişə Kremin dünyaya meydan oxumasına geniş imkanlar açıb. Dünyanın digər supergücləri istər-istəməz Rusiyanın maraqları ilə hesablaşmaq məcburiyyətində qalıb. Və bu faktorun indi Rusiyanın əleyhinə çevrilməyə başlaması isə hazırda Kremli çıxılmaz vəziyyətə salır.

Çin: "Rusiya -Ukrayna münaqişəsi 2023-cü ilin yayında bitəcək"

Əlbəttə ki, Rusiyanın belə ağır vəziyyətə düşməsində Ukrayna savaşının dağıdıcı rolu inkaredilməz xarakter daşıyır. Rusiya "savaş bataqlığı"nda özünün əsas imperialist resurslarını xərcləmiş oldu. Üstəlik, həmin resursların bərpa ehtimalı da artıq ciddi şübhələr doğurur. Hətta bu, mümkün olsa belə, Kreml əvvəlki beynəlxalq qüdrətini geri qaytarmaq üçün illər deyil, onilliklər sərf etməli olacaq. Halbuki, Rusiyanın beynəlxalq düşmənlərinin Kremlə yenidən dünyaya meydan oxuyacaq qədər gücə sahib olmaq şansı tanıyacağı da qətiyyən inandırıcı deyil.

Rusiya kimi nəhəng ölkələr üçün belə proseslər həmişə son nəticədə deqradasiyaya yol açır. Kreml də hazırda analoji situasiya ilə üzləşib. Ukrayna savaşının dağıdıcı təsirləri indi Rusiyanın daxilinə sıçramağa başlayıb. Dünyanın ərazi baxımından, ən nəhəng ölkəsi olan Rusiyanın düşdüyü indiki situasiyada idarə olunması demək olar ki, mümkün deyil. Kremlin də Rusiyanın nəhəngliyinin girovuna çevrildiyi artıq açıq-aşkar müşahidə olunur.
Ukrayna savaşına tab gətirmək üçün atılan bütün addımlar qısa müddətdə bumerang effekti ilə geri Kremlə daxili zərbə kimi qayıdır. Rusiya cəmiyyəti qeyri-rəsmi səfərbərlikdən narazıdır. Ona görə də, Kreml ümumi səfərbərliyə cəsarət etmir. Rusiyanın maliyyə-iqtisadi sisteminin çökmə mərhələsinə keçdiyi bir situasiyada bu, çox təhlükəlidir. Çünki Rusiya cəmiyyətinin ölkədaxili böhranı dərinləşdirə biləcək addımların atılması Kreml üçün tarixi intihar xarakteri daşıya bilər.

Rusiyanın rus dilinin tədrisi ilə bağlı israrının arxasında nə dayanır?

Halbuki, Rusiyanın nəhəng dövlət kimi intihar prosesi artıq başlanmış kimi görünür. Kreml iki qitəni əhatə edən ölkəni idarə etməkdə açıq-aşkar çətinlik çəkir. Rusiyada daxili narazılıq dalğası getdikcə güclənir. Belə davam edərsə, Rusiya yeni inqilabi situasiyadan yayınmaq şansını da əldən verəcək. Rusiyanın öz mövcudluğunu qoruması üçün indiki sərhədlərinin ixtisar edilməsi yeganə çıxış yolu kimi görünür. Vaxtilə maliyyə böhranı ilə üzləşmiş Çar Rusiyası da ölkənin idarə edilməsində ciddi problemlərlə üzləşmişdi. Ona görə də, Çar Rusiyası Alyaskanı ABŞ-a satmaqla, bu problemi aradan qaldırmağa nail oldu.

Nə qədər qəribə də olsa, Rusiya təxminən eyni situasiya ilə üzləşməyə başlayıb. Kremlin ölkədaxili təsir dairəsi sürətlə daralır. Rusiya siyasi idarəçilik sistemində yaşanan dərin böhran isə öz növbəsində hakimiyyət uğrunda mübarizə meyllərini də ön plana keçirir. Bu isə o deməkdir ki, Putin hakimiyyəti kəskin ziddiyyətlər mərhələsinə qədəm qoyub.

Putinin ağlından nələr keçir - casuslar cavab verir - BBC News Azərbaycanca

Maraqlıdır ki, Rusiyanın siyasi və hərbi dairələrində bir neçə qruplaşma yaranıb. Bu qruplaşmalar Putin hakimiyyətinin sona çatmaq üzrə olduğunu anlayırlar. Ona görə də, indi əsas hədəf prezident Vladimir Putinin hansı qruplaşmanın təmsilçisi ilə əvəzlənəcəyinin müəyyən edilməsindən ibarətdir.

Hakimiyyətə iddialı qruplaşmalardan birisinə isə Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev liderlik edir. Prezident Vladimir Putinə güclü təsir imkanları olduğu bildirilən Nikolay Patruşevin hakimiyyətə kənd təsərrüfatı naziri postunu tutan oğlunu gətirməyə çalışdığı bildirilir.

Onu da qeyd etmək lazımdır ki, Nikolay Patruşev Rusiya kəşfiyyat qurumları üzərində də ciddi təsir imkanlarına sahibdir. Halbuki, indiki situasiyada Rusiya kəşfiyyat qurumları arasında da ciddi ziddiyyətlərin və rəqabətin olduğu iddia edilir. Xüsusilə də, hərbi kəşfiyyatın Putin hakimiyyətinə qarşı hərbi müxalifəti dəstəkləməsi Kremlin divarları daxilində gərginliyi ciddi şəkildə artırır.

Vaqner” - terror təşkilatı, yoxsa “gözəgörünməz ordu”

Məsələ ondadır ki, hərbi kəşfiyyatın bir neçə gün öncə prezident Vladimir Putindən müdafiə nazirinin və baş qərargah rəisinin istefaya göndərilməsini tələb etməsi Kremldə "soyuq duş" effekti yaratmışdı. Çünki bu ultimativ tələb bir müddət öncə qiyam qaldırmış "Vaqner"in rəhbəri Yevgeni Priqojinin istəkləri ilə üst-üstə düşürdü.

Ona görə də, Rusiya kəşfiyyatına bağlı siyasi dairələrin "Vaqner"in rəhbərinin hakimiyyətə gətirilməsi üçün planların işə salındığı barədə təsəvvür yaranırdı. Üstəlik, keçmiş kəşfiyyatçılardan biri Qərb mətbuatına bildirmişdi ki, yaxın altı ay ərzində Yevgeni Priqojin sağ qalmağı bacararsa, onun Rusiyanın növbəti prezidenti olması qaçılmaz xarakter daşıyacaq.

Məsələnin ən maraqlı məqamlarından biri də məhz budur. Belə ki, rus kəşfiyyatının Yevgeni Priqojinə aid tələbləri prezident Vladimir Putinə ünvanlanmasından cəmisi bir neçə gün sonra Rusiyanı şoka salan hadisə baş verdi. Belə ki, "Vaqner"in şəxsi təyyarəsi qəzaya uğradı. Rusiya mətbuatının iddiasına görə, Yevgeni Priqojin də qəza zamanı təyyarədə olub.

Yevgeni Priqojin haradadır?

Bu isə o deməkdir ki, onun məqsədli şəkildə aradan götürülmə ehtimalı yersiz görünməməlidir. Üstəlik, şahidlərin iddialarına görə, təyyarə qəzaya uğramadan öncə iki dəfə partlayış baş verib. Yəni, bu, doğrudursa, təyyarənin partladılaraq, qəzaya uğradılması anlamına gəlir.

Belə anlaşılır ki, Rusiyada Kreml sahibinə qarşı hərbi qiyam qaldırmış, Rusiya ordusu və kəşfiyyatı daxilində müəyyən dəstəyə malik olan, potensial növbəti prezident kimi təqdim edilən "Vaqner"in rəhbəri artıq hakimiyyət uğrunda mübarizədən "kənarlaşdırılıb". İndi Yevgeni Priqojin prezident Vladimir Putinin əl-ayağına dolaşa bilməyəcək. Kreml sahibinin qarşısında duran əsas problem artıq həll edilib. Əslində, "Vaqner"in rəhbərinin sonun məhz belə olacağı onun törətdiyi uğursuz hərbi qiyamdan dərhal sonra ehtimal edilirdi. Ona görə də, Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğraması Rusiya cəmiyyətində gözlənilməz hadisə təsiri yaratmayıb.

Belə anlaşılır ki, Rusiyada hakimiyyət uğrunda mübarizə olduqca təhlükəli istiqamətlər almağa başlayıb. Kreml sahibinə qarşı ən ciddi təhlükə mənbəyi artıq mövcud deyil. Yəni, həmin təyyarənin qəzaya uğraması hazırda ilk növbədə məhz Kreml sahibinin siyasi maraqlarına cavab verirdi. Ona görə də, hətta bu hadisə həqiqətən də qəza olmuş olsa belə, istər-istəməz nəzərlər Rusiya liderinin üzərinə yönəldib.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR