İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı senator: “İrəvan Rusiyadan daha ermənipərəst ölkə tapa bilməz”

598 22.03.2024 19:18 Siyasət A A

“Qərb Ermənistanda yerli elitanı Moskvaya qarşı qoyaraq Ermənistanı Rusiyadan qoparmağa çalışır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin danışıb.

Rusiyalı senatorun sözlərinə görə, əslində Rusiyadan başqa dünyada erməni maraqlarını nəzərə almağa hazır olan başqa dövlət yoxdur.

“İrəvan Rusiyadan daha ermənipərəst birini tapa bilməz. Bunun bir çox səbəbləri var - tarix və qan bağlarından tutmuş, regional təhlükəsizlik prioritetlərinə qədər. Ciddi düşünməyin vaxtıdır”, - deyə o bildirib.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR