İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı müxalif lider AŞPA-nın mükafatına layiq görülüb

879 10.10.2022 19:02 Region A A

Rusiyalı müxalif siyasətçi, hazırda həbsdə olan Vladimir Kara-Murza Avropa Şurası Parlament Assambleyasının Vaslav Havel adına insan hüquqları mükafatına layiq görülüb.

Oktyabrın 10-u Strasburqda, AŞPA-nın payız sessiyası çərçivəsində baş tutan mərasimdə mükafat Kara-Murzanın xanımına təqdim edilib.

Yevgeniya Kara-Murza assambleyada çıxış edərək, Vladimir Kara-Murzanın həbsxanadan yazdığı məktubu oxuyub. Kara-Murza mükafatı müharibə əleyhinə səsini ucaldan minlərlə rusiyalı həsr etdiyini, "sülhsevər, demokratik və Putinsiz Rusiyanın" bir gün yenidən Avropa Şurasına qayıdacağını deyib.

Vladimir Kara-Murza Rusiya hökumətinin sərt tənqidçisi, Vladimir Putinin Ukraynaya müdaxiləsinə qarşı yaradılmış Müharibə Əleyhinə Komitənin həmtəsisçisidir. İki dəfə zəhərlənmək cəhdinə məruz qalan Kara-Murza 2022-ci ilin aprelində həbs edilib. O, dövlətə xəyanətdə, eləcə də onu uzun illər dəmir barmaqlıqlar arxasında saxlaya biləcək digər cinayətlərdə ittiham olunur.

Vaslav Havel mükafatı 2013-cü ildən bəri AŞPA tərəfindən hər il insan hüquqlarının müdafiəsində əlamətdar işlər görmüş şəxslərə və ya təşkilatlara verilir. Azərbaycanlı insan hüquqları müdafiəçisi Anar Məmmədli, bu il Nobel Sülh mükafatı ilə təltif edilən belaruslu hüquq müdafiəçisi Ales Bialiatski bugünədək bu mükafata layig görülmüş şəxslər arasındadır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR