İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı həmsədr Ermənistan XİN rəhbəri ilə görüşdü FOTO

786 28.03.2022 17:57 Region A A

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayevlə Qarabağdakı vəziyyəti müzakirə edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Rusiyanın sülhməramlı kontingentinin məsuliyyət zonasında martın 24-dən etibarən cərəyan edən prosesləri müzakirə ediblər. Azərbaycanı Qarabağda “humanitar böhran yaratmaq”da, “dinc əhalini qorxutmaq”da və “etnik təmizləmə aparmaq məqsədi daşıyan hərəkətləri”ndə ittiham edən Mirzoyan Azərbaycanla sülh sazişi ətrafında danışıqların başlanması ilə bağlı Ermənistan tərəfinin mövqeyini təqdim edib. Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri ATƏT-in Minsk qrupunun tamhüquqlu işinin vacibliyini təsdiqləyib.

Maraqlısı bu dəfə rusiyalı həmsədrin görüşə tək gəlməsi olub…

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR