İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı gənc insanların gözü qarşısında məktəbli sevgilisini öldürdü - VİDEO

1165 27.07.2022 11:03 Kriminal A A

Rusiyada baş verən dəhşətli qətl hadisəsi avtomobilə quraşdırılan qeydiyyat kamerasına düşüb.

Kadrlarda gəncin yoldan keçənlərin gözləri önündə qıza bıçaqla 10-dan çox zərbə endirməsi, sonra isə hadisə yerindən qaçması əks olunub.

Zərərçəkən təcili yardım gələnə qədər ölüb.

Məlumata görə, 27 yaşlı Roman Xamrayev münasibətdə olduğu 16 yaşlı Anastasiya Rakovanı qısqanclıq zəminində öldürüb. Məktəbli qızın dostlarının dediyinə görə, Roma tez-tez Nastyanı döyüb, qız isə daimi təhdidlərə görə onu tərk edə bilməyib.

Artıq gənc saxlanılıb. Ona qarşı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Şübhəlini 15 il müddətinə qədər azadlıqdan məhrumetmə gözləyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR