İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı  

1216 17.05.2024 09:39 Dünya A A

 

Ukraynada Xarkov vilayətində müdafiə istehkamlarının tikintisi ilə bağlı böyük korrupsiya qalmaqalı baş verib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İz.ru yayıb.

Xəbərdə bildirilir ki, hazırkı hakimiyyət uzun müddətdir ki, bu tikintini təşviq edir:

 “Vladimir Zelenski hazır obyektlərə baxış keçirdi. İndi birdən məlum oldu ki, istehkamlar yoxdur və on milyonlarla dollar sadəcə göyə sovrulub”. 

Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinin komandiri Denis Yaroslavski bildirib ki, Ukrayna tərəfi heç bir istehkam və ya minalanmış sahəni təchiz etməyib. O, gileylənib ki, iki ildən sonra sərhəddə böyük beton konstruksiyaları görünməli idi, amma mina belə yox idi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR