İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan ŞOK İDDİA: Ermənistan KTMT-dən çıxacaq, Türkiyənin vilayəti olacaq – detallar CANLIda

1147 15.11.2023 13:45 Son xəbər A A

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması qaçılmazdır”.

Bu barədə rusiyalı politoloq Yevgeni Satanovski deyib.

Onun sözlərinə görə, Rusiya ictimaiyyəti üçün erməni gündəmi bitdi: “Ermənistanın Rusiya ilə münasibətlərində nələrin baş verəcəyini kim proqnozlaşdıra bilər? Heç kim. Bütün bunların necə bitəcəyi birbaşa Emənistan rəhbərliyinin problemidir. Sonra da erməni xalqının problemi olacaq.

Paşinyan Ermənistanda Rusiya varlığını yoxa çıxarmaq və NATO blokuna qoşulmaq üçün hakimiyyətə gəlib. Bunun Ermənustan üçün necə bitəcəyi, Ermənistanın mövcud olub-olmayacağı onu qətiyyən maraqlandırmır. Bu baxımdan, onu Zelenskiyə bənzətmək olar. Onlar hakimiyyətə eyni məqsədlər üçün gətirilib”.

Rusiyalı politoloq hesab edir ki, Ermənistan Türkiyənin vilayətinə çevrilə bilər.

“Hər şey belə davam edərsə, Ermənistan Türkiyənin vilayəti olacaq. Hesab edirəm ki, Ermənistan qalmayacaq”, - o deyib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR