İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan şifrəli Ermənistan açıqlaması

1525 15.12.2023 23:52 Son xəbər A A

Rusiya heç vaxt dialoq qapılarını bağlamayıb və xüsusilə Ermənistan kimi müttəfiqlərlə təmas imkanlarını əngəlləməyib.

Musavat.com bildirir ki, bunu Sputnik-ə müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O, yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşünün planlaşdırılıb-planlaşdırılmadığı barədə sualına belə cavab verib. “Biz hər zaman hazırıq”-Rusiya rəsmisi əlavə edib.

Nazir müavininin sözlərinə görə, istənilən halda əlaqələr qalmaqdadır. Nazirlər sonuncu dəfə Skopyedə ATƏT-in nazirlər sammiti çərçivəsində görüşüblər. Qaluzin əmindir ki, vicdanla müzakirə etmək və mövcud problemləri birgə həll etmək yollarını tapmaq üçün fəal dialoqu davam etdirmək lazımdır. “Biz buna diqqət yetirmişik. Əminəm ki, münasibətlərimizdə bu dövrü keçəcəyik”, - Qaluzin bildirib.

Son aylar ekspertlər Ermənistan-Rusiya münasibətlərinin ardıcıl pisləşməsini qeyd ediblər. Ermənistan KTMT-nin təlimlərində iştirak etmir və bu təşkilatın baş katibinin müavininin kvotasından imtina edib. Bütün bunlar bəzən qarşılıqlı ittihamlarla, diplomatik notlarla müşayiət olunur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR