İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan qayıtdı, boşadığı arvadını öldürdü - Ailə dramı

1359 01.03.2023 15:43 Kriminal A A

Keçmiş həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Tovuz rayon sakini 36 yaşlı Xaliq Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Musavat.com-un xəbərinə görə, iş materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mikayıl Məmmədzadənin icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 2-nə təyin edilib.

Hadisə ötən il noyabrın 15-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində baş verib. Xaliq Rüstəmov keçmiş arvadı, 37 yaşlı Ramilə Rüstəmovanın yaşadığı evə gəlib, aralarında mübahisə yaranıb. Bu zaman X.Rüstəmov üzərində olan bıçaqla Ramiləyə bir neçə zərbə vurub, daha sonra boğazını kəsib.

Cütlüyün birgə nikahdan iki övladı var. Ailədaxili narazılıqlarla əlaqədar Rüstəmovlar hadisədən təxminən 3 ay əvvəl boşanıblar. Ərindən boşanandan sonra qadın babasına məxsus evdə yaşayıb. Uzun müddətdir işləmək üçün Rusiyaya gedən keçmiş ər isə hadisədən bir həftə öncə yaşadığı kəndə gəlib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Xaliq Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

E.Məmmədəliyev
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR