İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan HƏYƏCANLI çağırış: Çin ordusu köməyə gəlsin! Ukrayna İRƏLİLƏYİR - CANLI

1043 12.06.2023 14:44 Gündəm A A

“Rossia 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişinin aparıcısı Olqa Skabeyeva müharibədən bir il üç ay keçdikdən sonra rus ordusunun Rusiyanı qoruya bilmədiyini etiraf edib. O, ölkəyə Çin əsgərlərinin gəlməsini istəyir. Bu barədə aparıcı “60 dəqiqə” siyasi tok-şousunda deyib. “Milyonlarla Çin əsgəri hazırda ehtiyac duyduğumuz amildir. Lazım olan budur. Niyə də yox? Ah, Belqorod vilayətinə baxıram və düşünürəm ki, bizim Çin ordusuna necə də ehtiyacımız var!” - o bildirib.

Ukrayna Silahlı Qüvvələri əks-hücumları davam etdirir. Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun sözçüsü Sergey Çerevatı Baxmut şəhəri yaxınlığındakı vəziyyətdən danışıb. Onun sözlərinə görə, Ukrayna ordusu irəliləyir. Hərəkət məsafəsi, döyüşlər gedən ərazidən asılı olaraq 250-700 metr təşkil edir.

“Düşmən əks-hücumu davam etdirir, lakin heç bir uğur əldə edə bilmir. Ordumuz da imkan daxilində əks-hücumlara davam edir. Cinahlarda düşməni geri çəkilməyə məcbur edərək 250-700 metr məsafə irəliləmişik”, - Çerevatı bildirib.

Rusiya ordusunun bu istiqamətdə yeni itkiləri də açıqlanıb: “Ruslar döyüşlərdə itki veriblər: 66 nəfər ölüb, 83 nəfər yaralanıb, üç nəfər əsir götürülüb”, – deyə Çerevatı əlavə edib.

TVMusavat-ın saat 15:00-da canlı efirində Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə müzakirə edirik.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR