İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan AÇIQLAMA: Səbirli olmaq və diqqətlə izləmək lazımdır

1390 22.07.2024 11:23 Dünya A A

ABŞ prezidenti Co Baydenin noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini geri götürməsindən sonra ilk açıqlama Rusiyadan gəlib.

Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında deyib:

"Seçkilərə hələ dörd ay var və bu, çox şeyin dəyişə biləcəyi uzun müddətdir. Səbirli olmaq və baş verənləri diqqətlə izləmək lazımdır".

Rusiya-Ukrayna müharibəsinə də toxunan Peskov "Bizim üçün prioritet xüsusi hərbi əməliyyatdır" deyib.

Peskov həmçinin xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin Baydeni Rusiyanın üstünlük verəcəyi proqnozlaşdırıla bilən namizəd kimi təsvir edib. (News24.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR