İnsanlara hürriyət, millətlərə istiqlal!

Küçədə qalan qadının fəryadı cavabsız qalmadı - Aidiyyəti qurumlar hərəkətə keçdi

534 28.07.2026 13:11 Sosial A A

Son günlər Bakının Yasamal rayonunda küçədə yaşamağa məcbur qalan yaşlı qadının görüntüləri sosial şəbəkələrdə geniş rezonans doğurmuşdu. Çarəsiz vəziyyətdə küçədə gecələyən qadının taleyinə biganə qalmayan vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumların hərəkətə keçməsini tələb etmişdilər.

Musavat.com xəbər verir ki, küçədə qalan qadınla bağlı sevindirici xəbər yayılıb. Yaşlı qadın bildirmişdi ki, uzun illər xəstəyə baxaraq dolanıb və həmin evdə yaşayıb. Baxıcılıq etdiyi şəxs vəfat etdikdən sonra isə qalacaq yeri olmayıb və küçələrdə yaşamağa məcbur qalıb. O, aidiyyəti qurumlara müraciət etsə də, probleminin həllini tapa bilmədiyini deyirdi: “Mən nə edim, necə yaşayım? Məgər bu mənə layiqdir?”

Ərazidə yaşayan sakinlər də qadını tək qoymadıqlarını, imkan daxilində ona su və yemək verdiklərini bildiriblər. Lakin onların sözlərinə görə, bütün cəhdlərə baxmayaraq, qadını müvəqqəti də olsa kirayə mənzillə təmin etmək mümkün olmayıb. Çünki heç kim ona ev verməyə razılaşmayıb.

Məsələ ictimailəşəndən sonra tanınmış prodüser və aparıcı Tolik kimi tanınan Tarix Əliyev də hadisəyə münasibət bildirib. O, sosial şəbəkə hesabında paylaşım edərək qadına kömək məqsədilə yayılan əlaqə nömrəsi ilə danışdığını açıqlayıb.

Tolik bildirib ki, müraciətdən sonra aidiyyəti dövlət qurumları məsələyə operativ reaksiya verib. Onun sözlərinə görə, küçədə yaşayan qadın artıq nəzarətə götürülüb və sığınacağa yerləşdirilib.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR