İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada seçki məntəqələri BAĞLANDI

595 17.03.2024 22:21 Region A A

Moskva vaxtı ilə saat 20:00-da Kalininqrad vilayətindən başqa Rusiyanın bütün regionlarında prezident seçkiləri çərçivəsində fəaliyyət göstərən seçki məntəqələri bağlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

İlkin məlumata görə, Rusiyada növbəti prezident seçkilərində, elektron səsvermənin nəticələri nəzərə alınmadan, seçicilərin 73,33 faizi, Moskvada 66 faizi səs verib.

Xarici ölkələrdəki seçki məntəqələrində səsvermədə 249 min 806 Rusiya vətəndaşı iştirak edib.

Səsvermənin ilkin nəticələri martın 18-də elan olunacaq. Yeni seçiləcək prezidentin inauqurasiyası mayın 7-ə təyin olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR