İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada saxlanılan azərbaycanlı bu səbəbdən adam öldürüb FOTO

1409 11.03.2023 22:39 Kriminal A A

Moskvada saxlanılan azərbaycanlı xüsusi təhlükəli cinayətkar Cabbar Yusifi anasını təhqir edən şəxsi qətlə yetirdiyinə görə bir neçə ölkədə İnterpol xətti ilə axtarışa verilib.

Bu barədə “İzvestiya”ya Yusifinin ilk məşqçisi Əsgər Kalaşov məlumat verib.

Kalaşovun sözlərinə görə, onun tələbəsi söhbət zamanı anasına təcavüz edən şəxslə haqq-hesab çəkdiyini etiraf edib.

“Axtarış siyahısına salındıqdan sonra mənə zəng edərək dedi ki, anasına hücum edən, ya zorlamağa cəhd edən, ya da artıq zorlayan şəxsi öldürüb. Onu məqsədyönlü şəkildə əvvəlcə Rusiyada, sonra isə qaçdığı Ukraynada axtarıb”, - deyə məşqçi bildirib. (Oxu.az)

photo_2023-03-11_14-11-45.jpg (23 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR