İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada müharibəyə qarşı orijinal etiraz

1230 19.10.2022 18:12 Region A A

Tomsk sakini Albina Sentyakova müharibəyə və səfərbərliyə etiraz olaraq saçlarını hər kəsin gözü önündə qırxıb.

Musavat.com xəbər verir ki, “Sibir Realii” saytı bununla bağlı məlumat yayıb.

Sentyakova saçını "Yox, yox deməkdir" yazılmış qutuya qoyub və onu başının üstünə qaldırıb. Cəsarətli qadın bundan sonra bir müddət şəhər meydanının mərkəzində dayanıb.

"Dünyada və ölkəmizdə baş verənlərə səssiz qala bilmərəm. Bu, çox ağrılı və dözülməzdir. Susmaq olmaz. Ailəmdəki kişilərin hamısı hərbi ixtisasa malikdir və onlar səssizcə cəbhəyə getməli olduqlarını qəbul edirlər", - deyə aksiya iştirakçısı söyləyib.

Saytın məlumatına görə, meydanda polis olmadığı üçün etirazçı saxlanılmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR