İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada məşhur bloqerə cinayət işi açıldı- Səbəb...

898 17.03.2022 18:59 Region A A


Rusiya məşhur bloqer Veronika Belotserkovskayaya qarşı cinayət işi açıb.

Rusiya mətbuatının yazdığına görə bu barədə martın 16-da Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi hərbi əməliyyatlar barədə yalan məlumat yaydığına görə bloqer barəsində cinayət işi açılıb.

Daha sonra bəyanatda bildirilib:

"Veronika Belotserkovskayanın qarşı hərəkətləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin "e" bəndi (siyasi nifrət və ya düşmənçilik əsasında ictimai yayım) üzrə cinayət əlamətləri kimi qiymətləndirilir".

Həmçinin İstintaq Komitəsindən bildirilib ki, bloqer bu ilin mart ayından etibarən öz "İnstagram" səhifəsində Rusiya hərbçilərinin hərəkətləri ilə bağlı qəsdən yalan məlumatlar olan bir sıra yazılar paylaşır. "Beləliklə o, yazıları ilə Rusiya Federasiyasının dövlət orqanlarını və Silahlı Qüvvələrini nüfuzdan saldı",- deyə İstintaq Komitəsi sonda qeyd edib.

Komitə nümayəndələri aydınlaşdırıblar ki, Belotserkovskaya hazırda Rusiya Federasiyasından kənardadır.  Onun beynəlxalq axtarışa verilməsi məsələsi həll olunur.

Qeyd edək ki, Rusiya prezidenti martın 4-də Rusiya Silahlı Qüvvələrinin əməliyyatları haqqında saxta məlumatların yayılmasına görə, cinayət cəzası və cərimələri nəzərdə tutan qanunu təsdiqləyib. 

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR