İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada kremlpərəst senatorun qızı tam 166 adama donos yazıb

777 05.12.2023 22:24 Dünya A A

Rusiyanın qatı kremlpərəst ictimai xadimlərindən olan, “Təhlükəsiz İnternet Liqası” təşkilatının rəhbəri Yekaterina Mizulina bütün karyerası ərzində ən azı 166 nəfərə və dörd musiqi qrupuna qarşı “donos” yazıb.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, o, bəziləri ilə bağlı birbaşa hüquq-mühafizə orqanlarına məlumat verib, digərlərindən isə sosial şəbəkələrdəki tatuslarında onlara diqqət yetirməyi xahiş edib.

Mizulinanın ittihamlarının nəticəsində ən azı 49 nəfər onu tələblərini yerinə yetirməli olub.

Daha 7 nəfər üzr istəyib və öz işlərinə senzura tətbiq edəcəklərinə söz veriblər. Bunlar arasında müğənnilər Alyona Şvets, İnstasamka, Hofmannita, həmçinin reper Skalli Milano var. Son üçü hətta "iş görüşü" üçün Mizulinaya gəlib və onunla şəkil çəkdirib.

Beş ifaçı isə donoslardan sonra konsertlərinin ləğvi ilə üzləşib. Bunlar “Bi-2” və “Sansara” qrupları, reperlər Big Baby Tape və Loqiemean, həmçinin bloger Anna Yeninadır.

Mizulinanın şikayətlərindən sonra ən azı 14 nəfərə qarşı inzibati iş açılıb.

Xatırladaq ki, Yekaterina Mizulina Rusiya Federasiyasının qatı millətçi senatorlarından olmuş Yelena Mizulinanın qızıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR