İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada koronavirusa yoluxma sayı artır

420 20.07.2022 20:56 Region A A

Rusiyada son iki həftə ərzində koronavirusa yoluxma sayında artım var.

Musavat.com  Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun direktor müavini Aleksandr Qorelov mətbuat konfransında danışıb.

O qeyd edib ki, Uzaq Şərq istisna olmaqla, bütün Rusiyada COVID-19-a yoluxma hallarında artım var.

Qorelovun sözlərinə görə, koronavirus xəstəliyinin artımı indi keçən ilin dekabrında olduğu kimi sürətli deyil.

Ötən sutka ərzində Rusiyada koronavirusa 5 685 yeni yoluxma faktı qeydə alınıb. Bu, cari ilin may ayının əvvəlindən bəri ən yüksək yoluxma sayıdır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR