İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada hərbi təyyarə yaşayış evinin üzərinə düşdü - ANBAAN VİDEO

2201 23.10.2022 15:17 Hadisə A A

Rusiyanın İrkutsk şəhərində hərbi təyyarə ikimərtəbəli yaşayış evinin üzərinə düşüb.

Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. 

Şəhər rəhbəri faktı təsdiqləyib. Hadisə İrkutskun Novo-Lenino rayonunda yaşanıb.

İlkin məlumata görə, hərbi təyyarə ikimərtəbəli evin üzərinə düşüb. Ehtimal olunur ki, bu, təyyarə zavodundan havaya qalxan Su-30 qırıcısı olub. Dağıntı və tələfat barədə məlumat verilməyib. Qəza nəticəsində təyyarədə olan hər iki pilot həlak olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR