İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada havanın temperaturu mənfi 56 dərəcəyə düşdü - FOTOLAR

1418 05.12.2023 00:06 Dünya A A

Rusiyanın Sibir bölgəsində yerləşən Yakutiyada temperatur mənfi 56 dərəcəyədək düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Milli Meteorologiya Xidməti məlumat yayıb:

“Dekabrın ilk həftəsində Rusiyanın Avropa hissəsində, Ural və Sibir bölgələrində şaxtanın artacağı gözlənilir”.

Bildirilib ki, Moskvada qarın qalınlığı 35 santimetrə çatıb. Hətta Moskvanın bəzi hava limanlarında uçuşlar təxirə salınıb.

Vurğulanıb ki, bu həftə Moskva və ətraf bölgələrdə havanın temperaturunun təxminən mənfi 20 dərəcəyə düşəcəyi təxmin edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR