İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada güclü partlayış: 8 nəfər xəsarət aldı - VİDEO

718 17.05.2024 22:11 Dünya A A

Rusiyada Sankt-Peterburqun Tixoretski prospektində yerləşən Budyonnıy Hərbi Rabitə Akademiyasının yaxınlığında partlayış baş verib.

Musavat.com xəbər verir ki, bu barədə SHOT və Baza Telegram kanalları məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ilkin versiya binaya dronla hücum edilməsi ilə bağlı olub. Lakin Rusiya rəsmi orqanları hər hansı səbəb açıqlamayıblar. Hadisə nəticəsində səkkiz nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Təcili yardım və xilasetmə xidmətləri hadisə yerindədir.

Son versiyaya görə, partlayışa akademiyanın zirzəmisində hərbi sursatla ehtiyatsız davranış səbəb olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR