İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada “doğum nisbəti artmalıdır” deyənlərə qarşı qanun hazırlanır

482 05.12.2023 15:11 Dünya A A

Rusiya Federasiyasının Dövlət Dumasında fəaliyyət göstərən “Yeni adamlar” fraksiyası qadınların hisslərinin təhqir olunması ilə bağlı qanun layihəsi hazırlayır.

Musavat.com xəbər verir ki, bu barədə Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov bildirib.

Onun sözlərinə görə, Rusiyaya artıq qadınların hisslərini təhqir edilməsinə qarşı qanun lazımdır. O, “demoqraflar”la mübarizə aparmağı belə təklif edir. Davankov doğum nisbətinin artırılmasını təklif edən insanları belə adlandırıb.

"Mənə elə gəlir ki, məmurlar üçün 100 min rubl cərimə "demoqraflar" adlandırılanların şövqünü çox tez soyudacaq", - siyasətçi jurnalistlərə deyib.

Davankovun sözlərinə görə, indi orta əsr üsullarından istifadə edərək doğuş problemini həll etməyə çalışan "demoqraflar" tərəfindən çoxlu təkliflər var.

Bundan əvvəl Dövlət Dumasının deputatı Yevgeni Fyodorov doğum nisbətini stimullaşdırmaqdan ötrü proqramları maliyyələşdirmək üçün uşaqsızlığa görə vergi tətbiq etməyi təklif edib. Lakin onun həmkarı Nina Ostanina belə bir tədbirin ailələrdə hökumətə inamsızlıq yaratacağını bildirib. Onun sözlərinə görə, ilk növbədə gəncləri işlə, layiqli əmək haqqı və mənzillə təmin etmək barədə düşünmək lazımdır.

2023-cü ildə məmurlar, deputatlar və ictimai xadimlər Rusiyada doğum səviyyəsini stimullaşdırmaq üçün müxtəlif təkliflərlə çıxış ediblər. Onların arasında abortların məhdudlaşdırılmasına dair təşəbbüsləri də olub.

Rusiyalı qadınların əksəriyyəti bu fikirdədir ki, necə stumullaşdırıcı təşəbbüslər irəli sürülsə də, çoxuşaqlılıq nə cür təşviq olunsa da, güc doğana düşür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR