İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada “Die Welt” qəzetinin saytı bloklandı

328 10.07.2022 16:25 Region A A

Rusiyanın tənzimləyici orqanı “Roskomnadzor” Almaniyanın gündəlik “Die Welt” qəzetinin saytına girişi bloklayıb.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, qərarın səbəbləri açıqlanmayıb.

Qəzetin saytındakı bütün nəşrlər alman dilindədir, rusdilli bölmə yoxdur.

Lakin “Birinci Kanal”da “Vremya” xəbər proqramının canlı yayımı zamanı müharibə əleyhinə posterlə efirə çıxan jurnalist Marina Ovsyannikova hadisədən sonra məhz “Die Welt”də işləyib.

Bir həftə əvvəl Ovsyannikova nəşr ilə üç aylıq müqaviləsinin başa çatdığını açıqlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR