Ukrayna iyulun 14-nə keçən gecə Rusiya ərazisində müxtəlif hədəflərə 400-dək dronla hücum edib.
Musavat.com xəbər verir ki, artıq iki neft emalı zavoduna hücumların uğurlu alındığına dair məlumat var.
Bunlardan biri Krasnodar diyarındakı Afipski neft emalı zavodudur. Müəssisədə partlayış və güclü yanğınların olduğu sosial şəbəkələrdə yayılan görüntülərdən aydın görünür.
İkinci uğurlu nəticə Başqırdıstanda "Qazprom Neftexim Salavat" neft emalı zavodunda qeydə alınıb. Burada da bir neçə partlayış və yanğın qeydə alınıb.
Bundan əlavə, Krıma da zərbələr endirilib. Enerji obyektlərinə zərbələr nəticəsində Sevastopol şəhərinin böyük hissəsi işıqsız qalıb.
Musavat.com






