İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada böyük neft anbarı, Krımda İES-lər dağıdıldı, Zelenski “MƏHV EDƏCƏYİK!” dedi – TV Musavat

851 25.06.2026 11:09 Son xəbər A A

Ukrayna dron zərbələri ilə Rusiyanın Krasnodar əyalətindəki Poltava neft bazasında böyük yanğına səbəb olub.

Musavat.com xəbər verir ki, məlumatı Krasnoarmeyski rayonunun rəhbəri Aleksandr Xaritonov təsdiqləyib: "Poltava neft bazasında PUA-nın qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. Hadisə yerində təcili və əməliyyat xidmətləri işləyir".

Kuban regional əməliyyat qrupu ilkin məlumata görə, itki olmadığını elan edib.

Ukrayna mənbələri həmçinin Krımda böyük partlayışlar olduğuna dair məlumat yayıb. Pervomayski, Krasnoperekopski və Simferopolski rayonları, Simferopolun özü, Sevastopol, Yevpatoriya və Yalta və digər ərazilərdə partlayışlar, ardınca isə elektrik kəsintiləri qeydə alınıb.

Tavriki və Balaklava İstilik Elektrik Stansiyaları yenidən atəşə tutulub və genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub. Məsələn, Yalta bir müddət tam blekaut yaşayıb.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi analitik Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR