İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada baş verən yanğında 3 uşaq ölüb

350 13.03.2022 21:39 Hadisə A A

Rusiyanın Kirov rayonunda baş verən yanğında 1,5-5 yaşları arasında 3 uşaq ölüb.

APA bildirir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.

Məlumata görə, hadisə zamanı uşaqların anası evdə olmayıb.

Məlumatda bildirilir ki, martın 13-nə keçən gecə Kotelniç şəhərində Rudnitskoqo küçəsində yerləşən yarımtikili yaşayış binası yanıb. Yanğın nəticəsində 2017, 2019, 2020-ci il təvəllüdlü uşaqlar ölüb. Yanğının səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR