İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada A qripi epidemiyası -120 uşaq xəstəxanaya yerləşdirilib, bir qız ölüb

278 21.12.2023 15:17 Dünya A A

Rusiyada Tümen-Adler qatarında 12 yaşlı qız ölüb, 120-yə yaxın uşaq xəstəxanaya yerləşdirilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 125 nəfərdən ibarət qrup Sibirə səfərdən qayıdarkən, bir neçəsində dərhal ARVI simptomları aşkarlanıb. Onların bədən hərarəti yüksəlib. Qatar Penza vilayətindən keçəndə bir məktəbli qızın səhhəti ağırlaşıb və 12 yaşlı uşaq huşunu itirərək dünyasını dəyişib.

Bildirilir ki, qrupu müşayiəy edən iki həkim və bir tibb bacısı kömək etməyə çalışsalar da, nəticəsi olmayıb. Serdobskda Rusiya dəmiryolunun həkimlərindən ibarət qrup uşaqları xilas etməyə qoşulub. Həmin vaxt dörd xəstə yüksək hərarətlə qatardan endirilib, daha 30 uşaqda soyuqdəymə əlamətləri müşahidə olunub. Saratovda qrupu gözləyən bir neçə təcili yardım briqadası artıq xəstələri klinikalara təxliyə edib.

Hazırda 124 uşaq və onu müşayiət edən şəxslər həkim nəzarətindədir, bəzilərinin vəziyyəti orta ağırdır.

RF-nin İstintaq Komitəsi və prokurorluq vəziyyəti araşdırır.

Rospotrebnadzor bildirib ki, xəstə uşaqlarda A qripi aşkarlanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR