İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada 35-dən çox adam şaurmadan ZƏHƏRLƏNDİ

393 14.06.2023 15:36 Hadisə A A

Rusiyada 35-dən çox adam şaurmadan zəhərlənib.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, İrkutsk vilayətində şaurma yeyən 35-dən çox adam səhhətinin pisləşməsi ilə əlaqədar Bratsk xəstəxanalarına müraciət edib.

Beşi uşaq olmaqla 11 nəfər kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.

Şəhər sakinləri şaurma-nı “Shaurma I Want” fast-food kafesindən alıblar. Mütəxəssislər artıq qida, mətbəx texnikası və məişət cihazlarından nümunələr götürüblər.

Müstəntiqlər manqal sobaları və sənədləri götürüb, müəssisənin əməkdaşları bakterioloji müayinəyə göndərilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR