İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: “ABŞ Ukrayna ilə bağlı xərclərin yükünü Aİ-nin üzərinə atmağa çalışır”

259 20.12.2023 16:23 Dünya A A

ABŞ Ukrayna münaqişəsinin davam etməsi üçün milyardlarla dollarlıq xərcləri Avropa İttifaqının (Aİ) üzərinə yıxmağa çalışır.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Vaşinqton Ukrayna böhranının davam etdirilməsi üçün milyardlarla dollarlıq xərcləri Aİ-nin üzərinə yıxmağa çalışır və faktiki olaraq sadə avropalıları Ukraynanın hazırkı hakimiyyətini saxlamaq üçün daha artıq maliyyə vəsaitləri xərcləməyə məcbur edir”, - o bildirib.

M.Zaxarova həmçinin qeyd edib ki, qərbdə "gənc Ukrayna demokratiyasına yardımın himayəsi və şüarları altında maxinasiyalar həyata keçirilir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR