İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və İran prezidentləri görüşüb

429 19.07.2022 20:28 Region A A

Tehranda üçtərəfli sammit öncəsi Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında görüş olub.

Musavat.com "Report"a  istinadən xəbər verir ki, görüşdə çıxış edən İran Prezidenti bildirib ki, ölkələr arasında təcrübə və əməkdaşlıq sayəsində region daha təhlükəsiz olub.

"Əlaqələrimiz və terrorla mübarizədə əməkdaşlığımız sübut etdi ki, biz qarşıya qoyduğumuz məqsədlərə nail ola bilərik. Hesab edirəm ki, bu, regionumuzda təhlükəsizlik səviyyəsinin yüksəldilməsi baxımından çox dəyərli və yaxşı təcrübədir", - Rəisi deyib.

Putin öz növbəsində qeyd edib ki, beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirməklə Suriya böhranının həllinə mühüm töhfə verilə bilər.

Tehranda Rusiya Prezidenti İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə də görüşüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR