İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Azərbaycan saziş imzalamağı planlaşdırır

1968 15.11.2023 19:17 Siyasət A A

Rusiya və Azərbaycan 2023-cü ilin sonuna kimi Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalamalıdırlar.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov Nəqliyyat Həftəsi forumunun plenar iclasında bildirib:

"Bu ilin sonuna kimi biz Azərbaycanla analoji saziş imzalamalıyıq. 2028-ci ildən isə bu marşrut yükdaşımaların əlavə artımı ilə tam istifadəyə veriləcək. Başlanğıc üçün ildə 15 milyon ton yük daşınması mümkün olacaq. Kifayət qədər iddialı planlar var, lakin onlar həyata keçirilir”.

Rusiya rəsmisi artıq Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin hər hansı növbəsinin qeydə alınmadığını deyib:

"Kiçik bir möcüzəni qeyd edəcəm: Rusiya-Azərbaycan sərhədində yük maşınlarının növbələri var idi. İndi onlar yoxa çıxıb. Həm də davamlı olaraq yoxdur. Bizdə yalnız davamlı olaraq modernləşdirilən Yuxarı Larsda növbələr var. Lakin Rusiya-Azərbaycan sərhədindən yüklərin daşınması ilə bağlı problem həll olunub”.

Qeyd edək ki, mayın 17-də Rusiya və İran “Şimal-Cənub” layihəsi çərçivəsində Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalayıblar. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Xəttin tikintisinə 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayrılacaq. Sənəddə qeyd olunur ki, Moskva və Tehran layihələndirməni, tikintini, eləcə də malların və xidmətlərin təchizatını birgə həyata keçirəcəklər.

Moskva və Tehranın iştirakı ilə Rəşt-Astara xəttinin, Moskva, Tehran və Bakının iştirakı ilə isə Astara (İran şəhəri) - Astara (Azərbaycan şəhəri) xəttinin çəkiləcəyi gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR