İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynaya daha dağıdıcı bombalar atmağa başladı

2211 05.03.2023 20:08 Gündəm A A

UPAB-1500B bombalarının istehsalı çox baha başa gəlir və kütləvi tətbiq  üçün deyil...

Rusiya Silahlı Qüvvələri Ukrayna müharibəsində 1500 kiloqram çəkisi olan UPAB-1500B  bombalarından istifadə etməyə başlayıb. Bu güclü tonyarım olan  bombalar artıq Ukrayna ordusunun  Baxmutda  möhkəmləndirilmiş ərazilərində tətbiq olunur.

UPAB-1500B idarə olunan bombalar inertial və peyk naviqasiya sistemlərinə malikdir və yüksək dərəcədə qorunan hədəfləri vura bilir.  Bombalar həddindən artıq güclü müdafiə olunan hərbi yeraltı və yerüstü obyektləri dağıtmaqda çox effektlidir. Bomba təyyarədən atılır, sonra hədəfə doğru sürüşür.  

UPAB-1500B ilk dəfə Moskva Aviasiya sərgisində-“MAKS-2019”-da təqdim edilib. Bomba dəmir-beton sığınacaqlar, komanda məntəqələri, dəmir yolu körpüləri, döyüş gəmiləri, nəqliyyat gəmiləri və s. kimi yerüstü  hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Atıldıqdan sonra o, planlaşdırma trayektoriyası üzrə uçur. Döyüş başlığı yüksək partlayıcı zirehli pirsinqdir.  Bombanın gövdənin orta hissəsində X formalı qanadları, həmçinin həm X formalı konfiqurasiyada, həm də məhdud üçbucaqlı zolaq şəklində sabitləşdirici “quyruq qabırğaları” var.  

1807575_five.jpeg (106 KB)

Hərbi ekspert Aleksandr Kovalenkonun sözlərinə görə, bu bombalar hələ 2022-ci ilin martında da rus qoşunları tərəfindən istifadə edilib və Rusiya  bu faktı  gizlətməyib. Bildirilir ki, 2022-ci ilin mart ayında onlar xüsusilə vacib hədəflərin  vurulmasında istifadə edilib. Eyni zamanda, ekspert  mühüm nüansı da açıqlayıb: bu bombaların istehsalı çox baha başa gəlir və kütləvi tətbiq  üçün deyil. Kovalenko əmindir ki, Rusiya Müdafiə Nazirliyi UPAB-1500B-dən Ukrayna müharibəsində müntəzəm olaraq istifadə edə bilməyəcək.   Bu bombaların  istehsalının da mürəkkəb olduğu deyilir, yüksək maya dəyərinə görə də Rusiya  qoşunlarında  bu aviabombalardan məhdud sayda var. 

Onun sözlərinə görə, UPAB-1500B bombasının planlaşdırma məsafəsi  50 km-ə qədərdir: "Hədəfə unikal  təsir edən bombanın istifadəsi  mühüm obyektlərin vurulması zamanı  mümkündür. Və belə hədəflər nadir hallarda təmas xəttindən 50 kilometrlik zonada yerləşir". “Defence Express”in məlumatına görə, ruslar bir neçə həftə əvvəl Çerniqov vilayətindəki obyektlərin birində UPAB-1500V idarə olunan bombalarından istifadə ediblər.   

kikiki.JPG (28 KB)

Yeri gəlmişkən, Əbu-Dabidə keçirilən IDEX-2023 müdafiə sənayesi sərgisi çərçivəsində Rusiya ABŞ-ın HIMARS sisteminin analoqu olan raketləri təqdim edib. Bu barədə “Star” telekanalı məlumat yayıb. Bu,”Tornado-S” kompleksidir.  Kompleks  kosmik siqnallarına əsaslanan istiqamətləndirmə sisteminə əsaslanır ki, bu da bu silahın dəqiqliyini əhəmiyyətli dərəcədə artırır. “Bu cür sistemləri satmaqla biz qlobal silah bazarında öz mövqeyimizi möhkəmləndiririk və həmişə cibimizdə daha təkmil və səmərəli sistemlərimiz olduğunu nəzərə alırıq” deyə,  sərgidə iştirak edən Rusiya rəsmisi bildirib.

Orxan ƏLİYEV, 
Musavat.com   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR