İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukrayna üçün yeni "elitar" aviasiya qrupu yaradır - Britaniya kəşfiyyatı

499 22.05.2023 15:45 Son xəbər A A

Britaniya kəşfiyyatı Rusiyanın Ukrayna ərazisində fəaliyyət göstərəcək “Fırtına” kod adlı yeni “elitar” hücum aviasiya qrupu yarada biləcəyini xəbər edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin “Twitter”də dərc olunmuş kəşfiyyat icmalında deyilir.

Nazirliyin məlumatına görə, bölmənin tərkibinə Su-24 və Su-34 qırıcı-bombardmançılarından ibarət ən azı bir eskadrilya, həmçinin hücum helikopterləri qrupuı daxil ola bilər.

Gələn informasiyalara əsasən, təyyarə növlərinin bu birləşməsi yer hədəflərinə zərbələr endirməkdə böyük rol oynayacaq.

Hazırda Rusiya Müdafiə Nazirliyi böyük pul ödəmələri təklif etməklə yüksək ixtisaslı və motivasiyalı pilotları cəlb etməyə çalışır. Bundan başqa təqaüddə olan pilotların da əmliyyatlara qatılacağı gözlənilir.

"Belə bir qrupun yaradılması əslində Rusiyanın - Ukrayna cəbhə xəttində fəaliyyət göstərən müntəzəm aviasiya eskadrilyalarının necə gücsüz olduğunu göstərir”,-deyə xəbərdə bildirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR